İstanbulda 30 əcnəbi saxlanıldı

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbulun 7 rayonunda eyni vaxtda 12 ünvanda keçirdiyi antiterror əməliyyatı nəticəsində İŞID terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 30 xarici vətəndaş həbs edilib.

Axtarış aparılan ünvanlardan İŞID-ə məxsus ədəbiyyat və terrorçuluqda istifadəsi nəzərdə tutulan xeyli ləvazimat aşkarlanıb. Bildirilir ki, həbs olunan şəxslər Suriyadakı münaqişə bölgələrinə getməyə hazırlaşırdılar.

Qeyd edək ki, iyunun 14-də təhlükəsizlik qüvvələrinin İstanbulda keçirdiyi antiterror əməliyyatı nəticəsində terror aktı törətmək hazırlığında olan 8 İŞID üzvü şübhəli şəxs qismində saxlanılmışdı. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31