DÇ-2018-in açılışında oxuyan müğənni cərimələnəcək?

Məşhur ingilis müğənni Robbi Uilyams cərimə oluna bilər.

Uilyams DÇ-2018-in açılış mərasimində mahnı oxuyub. O, açılış mərasimində göstərdiyi jestə görə gündəmə gəlib.

Müğənni kameralara orta barmağını göstərmişdi. Britaniya mətbuatı iddia edir ki, Uilyams bu jestinə görə cərimə oluna bilər.

Onun təxminən 2,5 min rubl (41 funt) cərimə olunacağı gözlənilir. Komanda.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31