Karakasda gecə klubunda baş verən partlayış zamanı 17 nəfər həlak olub

Venesuelanın paytaxtı Karakasda gecə klublarından birində baş verən partlayış zamanı 17 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Yerli KİV-lərin məlumatına görə, partlayışdan sonra gecə klubunda təşviş və izdiham yaranıb. Hadisənin təfərrüatı açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31