Moldovada sürücülər etiraz aksiyası keçirir
Moldovada sürücülər benzinin qiymətinin artması ilə əlaqədar paytaxtın ən iri meydanında etiraz aksiyası keçirir.
16 İyun 2018 18:33 DünyaMoldovada sürücülər benzinin qiymətinin artması ilə əlaqədar paytaxtın ən iri meydanında etiraz aksiyası keçirir.
Aksiya iştirakçıları öz avtomobilləri ilə meydana gələrək siqnal verməklə etirazlarını ifadə ediblər.
Qeyd edək ki, bu, onların cari ayda keçirdiləri 3-cü etiraz aksiyasıdır.
İyunun 6-da sürücülər ölkənin iqtisadiyyat naziri Kiril Qaburiçlə görüşsələr də, danışıqlar nəticəsiz qalıb.
Qeyd edək ki, Moldovada Aİ-95 markalı benzin litrinə görə 1,16 dollara, dizel yanacağı isə 1,04 dollara satılır.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31