Tonqa adaları sahillərində güclü zəlzələ

Sakit okeanda Tonqa adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Publika.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar Samoanın paytaxtı Apia şəhərindən 215 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31