Suriyada sutka ərzində 340-dan artıq insan öz evinə qayıdıb
16 İyun 2018 06:08 DünyaSuriyada 340-dan artıq insan qaçqın və müvəqqəti köçkünlər üçün düşərgələrdən öz evinə qayıdıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Aleksey Tsıqankov deyib.
A.Tsıqankov bildirib: "Ötən sutka ərzində Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin səyləri sayəsində 227 nəfər Xoms əyalətində, 114 nəfər Şərqi Qutada öz evinə qayıdıb".
Onun sözlərinə görə, rusiyalı hərbi həkimlər 70-i uşaq olmaqla 139 suriyalıya yardım edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31