Kurts Avropada yeni ittifaq yaradır - Berlin-Vyana-Roma

Avropa Birliyinin sərhədlərində sərt antimiqrasiya siyasəti aparmaq üçün Vyana-Berlin-Roma antimiqrasiya xətti yaradılmalıdır. Bu barədə bəyanatı Avstriya kansleri Sebastian Kurts yayıb.

Avropa Birliyinin sərhədlərində sərt antimiqrasiya siyasəti aparmaq üçün Vyana-Berlin-Roma antimiqrasiya xətti yaradılmalıdır.

Bu barədə bəyanatı Avstriya kansleri Sebastian Kurts yayıb.

"Bu, AB-yə qeyri-leqal miqrantların axınının azaldılması üçün lazımdır. Belə bir regional əməkdaşlığın yaranmasına əsas səbəb İtaliyaya gələn miqrantların sonradan Avstriyaya keçməsidir. Burada sığınacaq almaq istəməyənlər isə Almaniyaya qaçırlar. AB-nin miqrasiya sisteminin yenilənməsinə ehtiyac var. Bu gün AB ölkələrinin böyük hissəsi bizim fikrimizlə razıdır. Kimin gəlməsiylə bağlı qərarı miqrantlar yox, avropalılar verməlidir" - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31