İngiltərədən Türkiyəyə böyük jest: müddətsiz...
İngiltərə Daxili İşlər Nazirliyi Türkiyə vətəndaşlarına müddətsiz yaşamaq hüququ verəcək.
15 İyun 2018 21:47 Dünyaİngiltərə Daxili İşlər Nazirliyi Türkiyə vətəndaşlarına müddətsiz yaşamaq hüququ verəcək.
Nazirlik İngiltərədə öz biznesini yaradaraq bu ölkədə çalışacaq Türkiyə vətəndaşları üçün yeni vizalar hazırlamağa başlayıb.
Yeni qaydaya görə, Türkiyə vətəndaşları bu ölkədə davamlı olaraq 5 il yaşadıqdan və çalışdıqdan sonra müddətsiz yaşamaq hüququ əldə etmək üçün İngiltərə hökumətinə müraciət edə biləcək.
Qeyd edək ki, bundan əvvəl İngiltərədə 4 il yaşayan türk işçilərə müddətsiz yaşamaq hüququ əldə etmək üçün şans verilirdi. İngilətərə DİN bu ilin mart ayında məhkəmə qərarı ilə müddətsiz yaşamaq hüququnu ləğv etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31