Yıldırımdan AKP-çilərin qətlə yetirilməsinə reaksiya

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil. Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib.

"Ümid edirəm ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur. Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur", - deyə baş nazir bildirib.

Xatırladaq ki, Suruçda baş verən qanlı davada 3 AKP-çi öldürülüb, 9-u isə yaralanıb.

Axar.az

Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum: 3 ölü, 8 yaralı - FOTOLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31