İran liderindən əmr: "Anbarları boşaldın..."
14 İyun 2018 22:58 Dünyaİran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarından sonra ölkə bazarlarında yaranan kəskin qiymət artımı səbəbindən anbarlardakı malların bazara çıxarılması ilə bağlı əmr verib.
Bu sözləri İran prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizi deyib. O bildirib ki, hökumətin xüsusi toplantısından sonra dövlət başçısı sözügedən qərarı verib.
Vaizi vurğulayıb ki, ölkədəki proseslərin iqtisadiyyatla əlaqəsi yoxdur və bu, psixoloji savaşın bir hissəsidir.
Qeyd edək ki, mayın 8-də ABŞ lideri Donald Trampın İranla nüvə razılaşmasından çıxmasından sonra İranda bir çox sahədə qiymətlər kəskin şəkildə artmaqda davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31