Qela Vasadze: "Gürcüstanda inqilab qoxusu yoxdur"

"Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili öz postunu hökumətdəki daxili mübarizə səbəbindən tərk edib". Bu sözləri gürcüstanlı siyasi analitik Qela Vasadze deyib.

"Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili öz postunu hökumətdəki daxili mübarizə səbəbindən tərk edib". 

Bu sözləri  gürcüstanlı siyasi analitik Qela Vasadze deyib. 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili dünən axşam saatlarında istefa verdiyini açıqlayıb. O, hakim "Gürcü arzusu" partiyası tərəfindən qurulan hökumətə iki il yarım rəhbərlik edib.

Onun fikrincə, Gürcüstanda inqilabın olacağını yalnız siyasətdən kənar insanlar danışa bilər.

"Gürcüstanda heç bir inqilab qoxusu yoxdur. Hazırda Gürcüstanda baş nazir postu uğrunda həlledici mübarizə mərhələsi başlayıb", - Vasadze bildirib. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31