Rusiyada pensiya yaşı artırıldı
Rusiyanın baş naziri Dmitri Medvedev 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan edib.
14 İyun 2018 15:14 DünyaRusiyanın baş naziri Dmitri Medvedev 2019-cu ildən ölkədə pensiya yaşının artırılmasını elan edib.
Yeni qərara əsasən kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.
Baş nazir bildirib ki, bu pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək.
Qeyd edək ki, Rusiyada hazırda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31