Argentinadakı məhbuslar dünya çempionatını izləmək tələbi ilə aclıq elan ediblər
Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər.
14 İyun 2018 12:37 DünyaArgentinadakı məhbuslar aclıq aksiyası elan ediblər.
Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.
Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".
Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir.
Qeyd edək ki, DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31