Cənubi Koreya və KXDR 10 il ərzində ilk dəfə hərbi danışıqlara başlayıb
14 İyun 2018 11:26 DünyaKoreya Respublikası və Koreya Xalq Demokrtik Respublikası (KXDR) 10 il ərzində generallar səviyyəsində hərbi danışıqlara başlayıb.
Bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İki dövlət arasında hərbi gərginliyin azaldılması və müdafiə nazirləri səviyyəsində görüş hazırlamaq kimi məsələləri müzakirə etmək planlaşdırılır", - məlumatda deyilir.
Qeyd edək ki, Şimal və Cənub tərəfinin hərbi nümayəndələrinin görüşü Seuldan 60 km məsafədəki Phanmuncom sərhəd məntəqəsinin şimal tərəfində "Thonyilqak" pavilyonunda keçirilir. Cənubi Koreyanın nümayəndə heyətinə Müdafiə Nazirliyində Koreyalararası əlaqələrə nəzarət edən general-mayor Kim Do Qyun rəhbərlik edir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31