"Almaniya Adil Öksüzlə bağlı axtarış elan edib".
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
"Almaniyanın Öksüzü tapdıqdan sonra atacağı addım onu anlaşmalar və hüquq çərçivəsində bizə təslim etməsidir", - Çavuşoğlu bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Adil Öksüzün Berlin şəhərində yaşadığı binanın görüntüləri yayılmışdı.
Axar.az