Kremlə xəyanət: İrəvan şərh verməkdən boyun qaçırır

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistanda bioloji laboratoriyalar açması ilə bağlı informasiyaya şərh verməkdən imtina edib.

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın Ermənistanda bioloji laboratoriyalar açması ilə bağlı informasiyaya şərh verməkdən imtina edib.

Nazirlik Rusiyanın Ermənistanla bioloji tədqiqatlar istiqamətində yeni əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşması məsələsinə aydınlıq gətirməkdən də boyun qaçırıb.

Qeyd edək ki, bundan öncə Rusiya dəfələrlə ABŞ-ın postsovet məkanında açdığı bioloji laboratoriyalardan narahat olduğunu bildirib. Moskva xüsusilə bu tip laboratoriyaların öz müttəfiqlərinin ərazisində olmasından narahat olduğunu dilə gətirib. Rəsmi Moskva Ermənistanda belə laboratoriyaların xüsusilə İrəvan, İcevan və Gümrü şəhərlərində yerləşdirildiyini bəyan edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31