Merkeldən Trampa mesaj: "Biz ABŞ-a..."

"ABŞ-ın Avropa ilə ticarətində böyük profisiti var". Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib.

"ABŞ-ın Avropa ilə ticarətində böyük profisiti var".

Bunu jurnalistlərə açıqlamasında Almaniya kansleri Angela Merkel deyib.

"Ticarət balansının modernizasiyası bizim işlər haqqında danışmağımız baxımından önəmlidir. Əlavə edim ki, Almaniya hazırda ABŞ-a Vaşinqtonun Berlinə tətbiq etdiyi yatırımdan daha çox investisiya ayırır", - deyə o bildirib.

Qeyd edək ki, G7 sammitindən sonra ABŞ-Almaniya gərginliyi pik həddə çatıb. ABŞ-ın polad və alüminiuma əlavə rüsum tətbiqindən narazı olan Merkel sammit bitdikdən sonra açıqlama yayaraq, Avropanın artıq ABŞ-a güvənməməsi gərəkdiyini deyib. Merkel həmçinin Avropa ölkələrini güclərini birləşdirməyə çağırıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31