Hollandiyadan təhlükəli addım: İslam dünyası şokda
Hollandiyanın Azadlıq Partiyası müsəlmanların kəskin narazılığına səbəb olacaq təxribata imza atmağa hazırlaşır.
13 İyun 2018 12:39 DünyaHollandiyanın Azadlıq Partiyası müsəlmanların kəskin narazılığına səbəb olacaq təxribata imza atmağa hazırlaşır.
Geert Vildersin rəhbərlik etdiyi partiya parlamentdə Məhəmməd peyğəmbərin təsvir olunduğu karikatura yarışı təşkil edəcək.
Keçmişdə baş verən qorxunc təcrübələrə baxmayaraq, partiyadan verilən açıqlamada Hollandiyanın terrorla mübarizə agentliyinin yarışın təşkil olunmasına icazə verdiyi qeyd olunub.
Xatırladaq ki, Vilders və partiyası miqrantlarla müsəlmanlara qarşı aqressiv siyasət yürütməsi ilə tanınır. Quranın qadağan edilməsini deyən Vilders, İslamın da totalitar bir inanc olması fikrini müdafiə edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31