Rusiyaya təhdid: Bu ölkədə ABŞ hərbçilərinin sayı artırılır

Norveç hökuməti ABŞ-la hərbi əməkdaşlığı 5 il müddətinə uzatmaq niyyətindədir.

Norveç hökuməti ABŞ-la hərbi əməkdaşlığı 5 il müddətinə uzatmaq niyyətindədir.

Bu barədə bəyanat Norveç Nazirlər Kabinetinin saytında yer alıb. Rəsmi Oslo həmçinin ölkədəki ABŞ hərbçilərinin sayını 2 dəfəyə qədər artıraraq 700 nəfərə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bu hərbçilərin Rusiya ilə sərhəddə yerləşən Trums quberniyasına göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Norveçdə olan ABŞ hərbçilərinin sayı 330 nəfərdir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31