Fueqo vulkanı yenidən fəallaşıb
Qvatemalada püskürdükdən sonra 117 nəfərin həyatına son qoyan Fueqo vulkanı iyunun 12-də yenidən fəallaşıb. Bu barədə Mərkəzi Amerika ölkəsinin Milli Seysmologiya İnstitutu məlumat yayıb.
13 İyun 2018 10:32 DünyaQvatemalada püskürdükdən sonra 117 nəfərin həyatına son qoyan Fueqo vulkanı iyunun 12-də yenidən fəallaşıb.
Bu barədə Mərkəzi Amerika ölkəsinin Milli Seysmologiya İnstitutu məlumat yayıb.
Bildirilir ki, səhər saatlarından etibarən vulkanın kraterində partlayışlar başlayıb. Partlayış səsləri 10 km məsafədən eşidilir.
Vulkanın havaya atdığı qaz və kül 5 km hündürlüyə qədər qalxır.
A24.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31