Poroşenko Ərdoğandan kömək istədi - Girovlar...
Ukrayna prezidenti Pyotr Poroşenko ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. P.Poroşenko Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi və Krım tatarlarının hüquqlarını müdafiə etdiyi üçün Ərdoğana təşəkkür edib.
13 İyun 2018 10:11 DünyaUkrayna prezidenti Pyotr Poroşenko ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
P.Poroşenko Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi və Krım tatarlarının hüquqlarını müdafiə etdiyi üçün Ərdoğana təşəkkür edib.
Poroşenko, həmçinin girovların azad edilməsi barədə Ərdoğandan kömək istəyib.
Ukrayna Prezident Administrasiyasının yaydığı məlumatda, hansı girovlardan söhbət getdiyi açıqlanmayıb.
Qeyd edək ki, Poroşenko ötən gün Əskişəhərdə TANAP-ın açılış mərasiminə qatılıb.
A24.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31