Yunan nazirdən Ərdoğan haqda tərif
"Türkiyə ilə problemimizdə bizi narahat edən məsələ Ərdoğan hökumətindən daha yaxşı olmayan bir müxalifətin mövcudluğudur. Ərdoğan onlardan daha tutarlı və xarizmatik şəxsiyyətdir". Bu sözləri Yunanıstanın Xarici İşlər naziri Nikos Kocias deyib.
12 İyun 2018 18:25 Dünya"Türkiyə ilə problemimizdə bizi narahat edən məsələ Ərdoğan hökumətindən daha yaxşı olmayan bir müxalifətin mövcudluğudur. Ərdoğan onlardan daha tutarlı və xarizmatik şəxsiyyətdir".
Bu sözləri Yunanıstanın Xarici İşlər naziri Nikos Kocias deyib.
"Adalarla bağlı mövzunu başladan müxalifədir. Zənnimizcə, bu bir problemdir. Yunanıstan və bütün dünya Türkiyədəki seçkiləri və sonrasını maraqla gözləyir. Türkiyədə demokratiyanın işləməsini, demokratik seçkilər keçirilməsini, türk xalqının istədiyi, sevdiyi prezidenti seçməsini arzu edirəm", - nazir bildirib.