Kvirikaşvili və daha 4 nazir istefaya gedir

Gürcüstan Baş naziri Georgi Kvirikaşvili istefaya hazırlanır.

Gürcüstan Baş naziri Georgi Kvirikaşvili istefaya hazırlanır.

Bu barədə informasiyanı Gürcüstanın "Birinci radio"su yayıb. Radio Kvirikaşvili ilə bərabər, Ədliyyə naziri Teya Tsulukiani, İqtisadiyyat naziri Dmitri Kumsişvili, Xarici İşlər naziri Mixail Canelidze və Mədəniyyət naziri Mixail Giorqadzenin istefaya gedəcəyini bildirib.

Yeni hökumətin tərkibi təyin olunana qədər baş nazirin səlahiyyətlərini Daxili İşlər naziri və Baş nazirin müavini Georgi Qaxariyanın icra edəcəyi vurğulanıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31