Koalisiya Suriyada kəndi bomabaladı - Ölənlər var

ABŞ-ın başçılığı altında beynəlxalq koalisiya qüvvələrinin təyyarələri Ələ-hasak vilayətində kəndi bombalayıblar.

Trend-in məlumatına görə, hücum nəticəsində 7 nəfər kənd sakini həlak olub, daha bir neçə nəfər yaralanıb.

Aviabombalar Tal-əş-şayr kəndinə endirilib.

Qeyd edək ki, bu son ay ərzində dinc sakinlərin ölümü ilə nəticələnən ilk aviazərbə deyil. İyunun 5-də Cazaa kəndinə aviazərbələr nəticəsində 10 dinc sakin ölmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31