Hüseyn Nakvi Hüseyni: "ABŞ-KXDR sammitinə baxmayaraq, Ruhani Trampla görüşməyəcək"

"Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sammit keçirilməsinə baxmayaraq, İran Prezidenti Həsən Ruhaninin amerikalı həmkarı ilə görüşü mümkün deyil və olmayacaq".

"Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sammit keçirilməsinə baxmayaraq, İran Prezidenti Həsən Ruhaninin amerikalı həmkarı ilə görüşü mümkün deyil və olmayacaq".

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi Hüseyn Nakvi Hüseyni İran parlamentində bildirib.

"ABŞ özü İranla münasibətlərini pozub, onlar nüvə sazişindən çıxıblar və onlar yenidən Tehrana qarşı sanksiyalar tətbiq ediblər... Ona görə də Ruhani və Trampın görüşü barədə In ilə Trampın görüşü kimi danışmağın imkansız, demək olar, inanılmaz olduğunu düşünürəm və belə görüş olmayacaq", - H.N.Hüseyni deyib.

Onun sözlərinə görə, amerikalılar dönüklük nümayiş etdirdiyindən KXDR ABŞ hökumətindən ehtiyatlı olmalıdır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31