F-35-lər gizlicə İrana soxuldu: Xamenei generalı qovdu
İranın Ali dini lideri Ayətullah Əli Xamenei Hava Hücumundan Müdafiə Qüvvələri komandanı Fərzad İsmailini vəzifədən kənarlaşdırıb. Bu iddia ilə Küveytin “Əl-Jəridə” qəzeti çıxış edib.
12 İyun 2018 12:52 Dünyaİranın Ali dini lideri Ayətullah Əli Xamenei Hava Hücumundan Müdafiə Qüvvələri komandanı Fərzad İsmailini vəzifədən kənarlaşdırıb.
Bu iddia ilə Küveytin "Əl-Jəridə" qəzeti çıxış edib.
Xameneinin bu qərarı almasına səbəb kimi İranın hava sahəsinə daxil olan İsrailə məxsus F-35 qırıcısının, Tehran başda olmaqla, bir sıra iri şəhərlər üzərində uçuş həyata keçirməsi göstərilib.
Qeyd edək ki, İsrailə məxsus F-35 qırıcılarının Tehran, İsfahan, Şiraz kimi şəhərlər üzərində uçuş həyata keçirməsi ilə qırıcıların görünməz olma qabiliyyəti ilk dəfə real şəraitdə sınaqdan keçirilib.