Dünyanın ən qədim məbədinin sirri — Göbəkli Təpədə tapılan insan kəlləsi

Türkiyənin cənub-şərqində yerləşən Göbəkli Təpə məbəd kompleksi dünyanın ən qədim məbədi sayılır.

Türkiyənin cənub-şərqində yerləşən Göbəkli Təpə məbəd kompleksi dünyanın ən qədim məbədi sayılır.

Arxeoloqlar məbəd ərazisində insan kəllə sümüyü tapıblar. Məlum olub ki, kəllə sümüyü əvvəllər heç yerdə görülməyən naxışlarla bəzədilib. Alimlər ehtimal edirlər ki, kəllə sümüyündəki naxışlar qədim sivilizasiyanın nümayəndələri tərəfindən həkk edilib və naməlum neolit kultundan məlumat verir.

Naxışların məqsədi hələ bilinmir. Qeyd edək ki, bu məbəd Xeops ehramından 6.500 il, Stounhenc məbədindən isə 6 min il əvvəl inşa edilib.

Naməlum kult

Almaniya arxeologiya institununun alimləri bildirirlər ki, Göbəkli Təpə kompleksində dekorativ naxışlarla işlənmiş insan kəllə sümüyü tapıblar. Onların fikrinə görə, yeni kəşf antropoloqlara bu günə qədər məlum olmayan neolit kultundan məlumat verir. Alimlərin tapdığı hər üç kəllə sümüyünün üzərində kəllədən çənəyə qədər kəsik olub. Sümüklərdən birində sol tərəfdə deşik açılıb. Ehtimal edilir ki, bu deşik ip üçün nəzərdə tutulub. Kəllə sümükləri qırmızı rəngə boyanıb. Neolit mədəniyyətinin nümayəndələri bu rəngdən rituallarda istifadə ediblər.

Sümükləri rəqəmsal və elektron mikroskoplarla incələyən alimlər müəyyən ediblər ki, kəsiklər daş alətlər vasitəsilə edilib. Bundan başqa naxışlar insan öləndən sonra həkk edilib. Naxışların təyinatı naməlumdur. Bu kultun bəzi üzvləri bəzən bu yolla əcdadların ruhu ilə əlaqəyə girirdi. Bəziləri isə düşmənlərinin kəllə sümüyünü bu hala salırdı. Hələlik arxeoloqlar dəqiq bir söz demirlər.

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31