Şok anlaşma: Paşinyanın yanında türk professoru… - Əcəmoğlu
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-da fəaliyyət göstərən məşhur türkiyəli iqisadçı-alim, professor Doran Əcəmoğlunun iştirakı ilə tele-konfrans keçirib. Telefon vasitəsilə baş tutan görüşdə Paşinyanla yanaşı, baş nazirin köməkçisi Varaq Siseryan və “Strateji” Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Xaçaturyan iştirak edib.
11 İyun 2018 17:50 DünyaErmənistan Baş naziri Nikol Paşinyan ABŞ-da fəaliyyət göstərən məşhur türkiyəli iqisadçı-alim, professor Doran Əcəmoğlunun iştirakı ilə tele-konfrans keçirib.
Telefon vasitəsilə baş tutan görüşdə Paşinyanla yanaşı, baş nazirin köməkçisi Varaq Siseryan və "Strateji" Araşdırmalar Mərkəzinin direktoru Aleksandr Xaçaturyan iştirak edib.
Görüşdə Ermənistandakı mövcud ictimai-siyasi vəziyyət və Əcəmoğlu ilə qurulacaq yeni işbirliyi müzakirə edilib. Nikol Paşinyan hökumətin yeni proqramı ilə bağlı türk professora məlumat verib.
Daron Əcəmoğlu iqtisadi islahatların həyata keçirilməsi işində Ermənistan hökumətinə yardım edəcəyini bildirib və bununla bağlı tərəflər arasında anlaşma əldə edilib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Əcəmoğlunu İrəvana dəvət etdiyini açıqlamışdı.