Tbilisidə polis müxalif deputatı saxlayıb

Gürcüstanda müxalifətdə olan Milli Birlik Hərəkatı Partiyasından olan deputat Nika Meliya Tbilisidə etiraz aksiyasında saxlanılıb.

Gürcüstanda müxalifətdə olan Milli Birlik Hərəkatı Partiyasından olan deputat Nika Meliya Tbilisidə etiraz aksiyasında saxlanılıb.

Məlumatı "Rustavi2" telekanalı yayıb.

Bildirilib ki, şəhərin Rustaveli prospektində etiraz aksiyasının iştirakçıları Daxili İşlər Nazirliyinə məxsus maşını mühasirəyə alaraq onun hərəkətinə mane olublar. Bundan sonra polis vəziyyətə müdaxilə edib. Polislə etirazçılar arasında dava-dalaş düşüb. Hadisə yerində deputat Nika Meliya da olub. Polis onu tutub. Onunla yanaşı, Tbilisi Şəhər Şurasının Milli Birlik Hərəkatı Partiyasından olan deputatı İrakli Nadiradze də tutulub.

Qeyd edək ki, iyunun 11-də daha 10 nəfər tutulub.

"Sputnik"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31