Türkiyə yeni hərbi texnikasını Parisdə təqdim etdi
Türkiyə özünün yeni çoxfunksiyalı zirehli avtomobilini təqdim edib.
11 İyun 2018 17:04 DünyaTürkiyə özünün yeni çoxfunksiyalı zirehli avtomobilini təqdim edib.
Pars 4x4 adlandırılan zirehli avtomobil Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilib. Yeni zirehli avtomobil Parisdə keçirilən EUROSATORY-2018 sərgisində nümayiş olunub.
FNSS şirkətinin bu avtomobili düşmənin hərbi texnikası ilə istənilən hava şəraiti və istənilən relyefdə mübarizə üçün nəzərdə tutulub. Türkiyə Quru Qoşunları üçün nəzərdə tutulan hərbi texnikanın sınağının yaxın aylarda keçirilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31