ABŞ-da polisə atəş açan şəxs uşaqları girov götürüb
ABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.
11 İyun 2018 16:40 DünyaABŞ-ın Florida ştatının sakini polislə atışmadan sonra dörd uşağı girov götürüb.
Orlando şəhər polisinin rəhbəri Con Meynin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.
Atışmadan sonra kişi 1 yaşdan 12 yaşa qədər dörd uşağın olduğu mənzildə gizlənib.
Hadisə yerinə xüsusi təyinatlıları gəlib, onlar atəş açan şəxslə danışıqlar aparmağa çalışırlar.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31