Müalicəsi olmayan yeni virus tapılıb
11 İyun 2018 15:20 DünyaABŞ-da müalicəsi olmayan yeni infeksiya növü kəşf edilib. Emori Antibiotiklərə Qarşı Müqavimət Mərkəzinin əməkdaşları Klebsiella pneumoniae bakteriyalarının antibiotiklərinə qarşı dirənmə gücü olan yeni virus kəşf ediblər. EurekAlert-in mətbuat açıqlamasından olan məlumata görə yeni virus sətəlcəmin və bir çox təhlükəli yoluxucu xəstəliklərin meydana gəlməsinə səbəb ola bilər. Virusun karbopanem qrupundan olan antibiotiklərə qarşı güclü müqavimətə sahib olduğu müəyyən edilib. Virusa yoluxan xəstənin ABŞ-da müəyyən edildiyi bildirilir. Hal-hazırda alimlər yeni tapılan virusun patogenlik səviyyəsini və xüsusiyyətlərini müəyyən etməyə çalışırlar.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31