Paşinyan Sərkisyanın daha bir düşmənini azad edir
Ermənistan parlamentinin Yelk Blokundan olan deputatı Alen Simonyan Təsisçi Parlament Hərəkatının həbsdə olan lideri Jirayr Səfilyanın müvəqqəti olaraq azadlığa buraxılması üçün zamin durmağa hazır olduğunu deyib. Bu barədə məlumatı Simonyan öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, artıq Səfilyanın vəkili ilə görüşüb və zamin durmasıyla bağlı bütün sənədlərə qol çəkib.
11 İyun 2018 14:36 DünyaErmənistan parlamentinin Yelk Blokundan olan deputatı Alen Simonyan Təsisçi Parlament Hərəkatının həbsdə olan lideri Jirayr Səfilyanın müvəqqəti olaraq azadlığa buraxılması üçün zamin durmağa hazır olduğunu deyib.
Bu barədə məlumatı Simonyan öz Feysbuk səhifəsində paylaşıb. Onun sözlərinə görə, artıq Səfilyanın vəkili ilə görüşüb və zamin durmasıyla bağlı bütün sənədlərə qol çəkib.
Qeyd edək ki, Səfilyan bundan öncə Ermənistanın polis bölmələrindən birinin ələ keçirilməsində ittiham edilərək, 10,5 il müddətinə azadlıqdan məhrum edilib. O, bölməni ələ keçirən qrupu yaradan əsas şəxslərdən biri olub.
Alen Simonyan Yelk Blokunda yer alan Vətəndaş Müqaviləsi Partiyasının həmsədrlərindən biridir. O, bu partiyanı Nikol Paşinyanla birgə yaradanlardandır. Paşinyanın vəzifəyə gəlməsindən sonra Simonyan tam aktivləşib.
Həbsdə olan müxaliflərin azadlığa çıxması son günlər İrəvanda əsas müzakirə mövzularından biridir. Paşinyan bu müxalifləri azad etməklə, onların elektoratının dəstəyini almaq istəyir.