Baş nazir: “Layihə yükdaşımanın artmasına imkan verəcək"

"İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz". Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

"İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz".

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Baş nazir bildirib ki, müxalif partiyanın "Kanal İstanbul"un lazımsız layihə olması barədə bəyanatı absurddur.

B.Yıldırım qeyd edib ki, bu layihə strateji əhəmiyyətli təşəbbüsdür və İstanbulda yükdaşımanın artmasına imkan verəcək.

Xatırladaq ki, "Kanal İstanbul" layihəsinin inşa edilməsi ilk dəfə 2011-ci ildə Türkiyə gündəminə gətirilib. 

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31