Gürcüstan “məxməri inqilab” astanasında

Və Saakaşvili yeni formalaşacaq hakimiyyətin “boz kordinal”ı rolunda

Və  Saakaşvili yeni formalaşacaq hakimiyyətin "boz kordinal"ı rolunda

Hələ Ermənistanda etiraz aksiyaları başlayan zaman beynəlxalq ekspertlər və analitiklərin dəyərləndirmələrinə əsasən belə bir qənaətə gəlmişdik ki, işğalçı ölkədə baş verənlər sadə xalq kütlələrinin xunta rejiminə etirazı ilə yanaşı, həm də Qərbin Qafqazlara hazırladığı "sürpriz"in tərkib hissəsidir. Belə ki, Cənubi Qafqazın Rusiyanın nəzarətindən çıxarılması məqəsdilə regionda hakimiyyət dəyişiikliklərinə start verildiyi bildirilirdi. Ötən müddət ərzində Ermənistanda yaşananlar bunu bir daha təsdiqlədi. Belə ki, Rusiyanın kadrı və peşkası sayılan Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılıb onun yerinə Qərbə meyilliliyi ilə seçilən Nikol Paşinyanın gətirilməsi əslində Qərbin Cənubi Qafqazla bağlı hazırladığı planın ilkin mərhələsinin reallaşması demək idi. Ancaq Qərbin strateqlərinin görünür prosesləri və siyasi liderləri düzgün dəyərləndirə bilməmələri Ermənistana hakimiyyət dəyişikliyi məqsədilə qoyulan mayanın batması ilə nəticələndi. İnqilaba başlayan Qərbpərəst, istəyinə nail olub hakimiyyəti zəbt etdikdən sonra isə Rusiya meyilli birinə çevrilən Nikol Paşinyan Qərbin İrəvanla bağlı planlarını demək olar ki, alt-üst etdi və Ermənistanı Rusiyanın təsir dasirəsindən çıxarmaq mümkünsüz oldu.

Qeyd etdiyimiz kimi Ermənistanda məlum hadisələr baş verən ərəfəsində Qərbin "demokratiya" dalğasının az sonra Gürcüstana, hətta Azərbaycana da keçəcəyi ehtimal edilirdi. Və ehtimallar heç də özünü gözlətmədi və Ermənistanda proseslər səngiyən kimi Gürcüstanda etirazlar baş qaldırdı. Artıq bir xeyli müddətdir ki, qonşu ölkədə hakimiyyət əleyhinə silsilə aksiyalar keçirilir. Düzdür, Tbilisi nə qədər regionda Qərbə meyilliliyi ilə seçilsə də, lakin son vaxtlar Gürcüstan hakimiyyətində Kremllə meyillilik özünü daha qabarıq şəkildə büruzə verir. Hətta Moskva və Tbilisi arasında münasibətlər elə bir mərhələyə keçib ki, Gürcüstan ərazilərinin işğalıma göz yumaraq Abxaziya dəmir yolu xəttinin bərpasına "yaşıl işıq" yandırmağı düşünür. Bu isə Gürcüstan hakimiyyətinə qarşı Qərb tərəfindən müəyyən cəza tədbirlərinin görülməsini zərurətə çevirib. Son günlər küçə aksiyalarının yenidən genişlənməsi belə deməyə əsas verir. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, qonşu Gürcüstanda inqilabi əhval ruhiyyə yenidən küçələrə sirayət edib. Onun sözlərinə görə, Qərbin "Qızıl gül" inqilabının beşiyi olan bu Qafqaz ölkəsində mərkəzdən qaçma və Qərbin sözünə baxmayan hakimiyyətin formalaşması, burada inqilabı labüd edir: "Qərb Gürcüstanda hakimiyyəti yenidən dəyişmək üçün məxməri inqilaba hazırlıq görür. Çünki, Birləşmiş Ştatlar və Avropanın getdikcə Cənubi Qafqaza diqqəti artır və Rusiyanın regionda təsirini zəiflətmək üçün bunu labüd görür. Qeyd edim ki, Bidzina İvanaşvilinin kölgəsndə olan Gürcüstan hakimiyyəti həm Qərb, həm də Rusiya ilə ortaq siyasi xətt yürütməkdə maraqlıdır. Rusiyanın maraqlarının qorunmasında və Kremlə yaxınlaşmaq üçün "Gürcü Arzusu" hökuməti, Rusiya ilə Abxaziya və Cənubi Osetiya üzərindən nəqliyyatın bərpasını və Kremlin regionda apaprdığı siyasətə loyal yanaşması Qərbin diqqətindən yayınmır və bu da narahatedici faktor olaraq bir neçə ildir ki, davam edir. Bundan əlavə Gürcüstan hökuməti Qərbin dəstək verdiyi Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan və nəhayət Cənubi Qaz dəhlizinə qarşı zamanala şantaj xarakterli bəyanatlar verib və Azərbayacan qazına qarşı Rusiyanı alternativ olaraq irəli sürüb. Bu faktlar və hazırda Gürcüstan hakimiyyətinin Rusiya qarşı sürüşməsi, Qərbin yenidən Saakaşvili timsalında tam Qərb kursu götürən hakimiyyət formalaşdırmağı qarşısına məqsəd qoyub".

Politoloq deyib ki, "Gürcü Arzusu" hökumətinin sağa-sola manevr siyasəti və ölkədə demokratiyanın boğulması, Qərbin qəti addımlar atmasına gətirə biləcək: "Ölkədə qarşıdan parlament seçkiləri gəlir. Seçkilər öncəsi Tiflisdə etirazların başlaması və əyalətlərin də buna dəstək verməsi gözlənilir. Artıq Tiflisdə etirazşılar hökumətin istefasını dilə gətirirlər. Gürcüstanda davam edən etirazlar fonunda eks-prezident Mixail Saakaşvili əsas diqqəti ölkəsində parlament seçkilərinə yönəldib. Gürcüstan da yeni məxməri inqilab realdır və proseslər buna doğru davam edə bilər. Əgər, Bidzina İvanaşvili hökuməti problemləri həll etməsə, Rusiya ilə indiki kursu davam etdirsə, inqilab baş tutacaq və Gürcüstanda yeni hakimiyyət formalaşcaq". Məhəmməd Əsədullazadənin sözlərinə görə, ölkədə inqilab baş verib, Gürcüstanda yeni hakimiyyət formalaşsa, bu hakimiyyətin "Boz kardinalı" Mixail Saakaşvili olacaq: "Yeni hakimiyyət Rusiya ilə məsafə saxlamaqla, tam qərbpərəst siyasətə sadiq qalacaq. Göründüyü kimi Ermənistanda "məxməri inqilab"-ın davamı Gürcüstanda da qaçılmazdır. Qərb regionda Rusiyadan asılı olmayan hakimiyyətlər formalaşdırmağa çalışır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31