İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı saxlanılıb
srail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı milyonlarla dollar dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Bunu yerli polis idarəsinin mətbuat xidmətindən bildiriblər.
11 İyun 2018 13:26 Dünyaİsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli əməkdaşı milyonlarla dollar dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
Bunu yerli polis idarəsinin mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, nazirliyin adı açıqlanmayan əməkdaşı və daha 3 şübhəli artıq sorğu-sual edilib.
Polisdən bildirilib ki, onlar TSAXAL və Müdafiə Nazirliyinin infrastrukturları üçün nəzərdə tutulan vəsaitləri mənimsəməkdə şübhəli bilinirlər. Müdafiə Nazirliyinin məmuru hüquq-mühafizə orqanlarına icra olunan işin həcmi barədə yanlış məlumat verib.
Polisdən bildirilib ki, saxlanılanlara dələduzluq, rüşvətxorluq, ictimai etmadı doğrultmamaq və başqa cinayətlərlə bağlı ittiham irəli sürülə bilər.
"Report"