Ermənistanda etiraz aksiyası başladı: yenə yol bağlandı

Ermənistan Texut və Şnox kənd sakinləri Texut QSC-ə gedən yolları səhər saatlardan etibarən bağlayıb. Onlar şirkətdən məşğulluq tələb ediblər.

Ermənistan Texut və Şnox kənd sakinləri Texut QSC-ə gedən yolları səhər saatlardan etibarən bağlayıb.

Onlar şirkətdən məşğulluq tələb ediblər.

Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlar hər növ torpaq sahəsindən (bağ, əkin, meşə) məhrum olublar, indi isə üstəlik işdən də qovulublar.

"Kreditlər götürmüşük, ancaq bizim haqqımızda heç kim düşünmür. Nə üçün bizdən aldıqları torpaq sahələrində başqaları çalışmalıdır? Yollar bizim suallarımıza cavab verilənə qədər bağlı saxlanılacaq", - aksiya iştirakçıları bildiriblər.

Xatırladaq ki, fevral ayında "Valleks" şirkətlər qrupunun nümayəndəsi Texut QSC-nin əməkdaşlarının sayının 1190-dan 300-ə qədər ixtisar ediləcəyini açıqlamışdı. Kənd sakinləri etirazlar zamanı əvvəlki razılaşmalara istinad edirlər ki, buna əsasən də onlar ilk növbədə işlə təmin edilməlidirlər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31