Belaruslu nazir Rusiyanı ölkəsinə qarşı qərəzli olmaqda ittiham edib
Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats Rusiyanın baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidmətini ("Rosselxoznadzor") Belarus müəssisələrinə qarşı qərəzli olmaqda ittiham edib.
11 İyun 2018 12:43 DünyaBelarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats Rusiyanın baytarlıq və fitosanitar nəzarəti üzrə federal xidmətini ("Rosselxoznadzor") Belarus müəssisələrinə qarşı qərəzli olmaqda ittiham edib.
Məmur ONT telekanalına müsahibəsində deyib ki, çox güman, "Rosselxodnadzor" Belarus müəssisələrinin istehsal etdiyi məhsulların laboratoriya nəticələri saxtalaşdırır.
Nazir əlavə edib ki, Belarus tərəfi öz mövqeyini ciddi şəkildə müdafiə etməli və Rusiya ilə qarşılıqlı əməkdaşlıq yaratmalıdır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31