“Konfet kağızı kimi…” - Tramp bu vərdişindən əl çəkmir

ABŞ Prezidenti Donald Тramp rəsmi dövlət sənədlərini cırmağı sevir. Bu barədə “Politico” dəftərxana əməkdaşlarına istinadən məlumat yayıb.

ABŞ Prezidenti Donald Тramp rəsmi dövlət sənədlərini cırmağı sevir.

Bu barədə "Politico" dəftərxana əməkdaşlarına istinadən məlumat yayıb.

Tramp adəti üzrə arxivə getməli olan mühüm sənədləri xırda hissələrə parçalayır. Ağ Ev əməkdaşları isə qanunvericiliyin pozulmasında ittiham olunmamaq üçün kağız parçalarını yapışdırırlar.

"Bəzən onlar o qədər kiçik parçalara bölünür ki, konfet kağızı kimi görünürlər".

Onların sözlərinə görə, heç kim Trampı bu vərdişdən əl çəkməyə razı sala bilmir.

Ağ Evin keçmiş əməkdaşları Barak Obamanın vaxtında rəsmi sənədlərin hamısının sağ-salamat Milli arxivinə göndərildiyini bildiriblər.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31