"Rusiya heç vaxt G8-ə qayıtmaq istəməyib" - Lavrov
10 İyun 2018 09:34 DünyaRusiya heç vaxt G8-ə qayıtmaq istəməyib.
Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ Prezidenti Donald Trampın Rusiyanın G8-ə qayıtması haqqında söylədiklərinə münasibət bildirib:
"Qərbli müttəfiqlərimiz G8-ə qatılmamağa və G7 formatına qayıtmağa qərar verdiklərində bunu normal qarşıladıq. Digər formatlarda çox gözəl şəkildə işləyirik".
Qeyd edək ki, Donald Tramp açıqlamasında Rusiyanın G8-ə qayıtmasının vacib olduğunu söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31