Əfqanıstanda məsciddə ibadət edənlər güllələnib – Ölənlər var

İyunun 8-də Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum şəxslər məsciddə ibadət edən insanlara atəş açıblar.

İyunun 8-də Əfqanıstanın qərbində yerləşən Herat vilayətində naməlum şəxslər məsciddə ibadət edən insanlara atəş açıblar. 

Bu barədə jurnalistlərə region polisinin mətbuat mərkəzinin rəisi Əbduləhəd Vəlizadə bildirib. Onun sözlərinə görə, insident Şindant bölgəsinin Kalai-Mahmud yaşayış məntəqəsində qeydə alınıb. Hadisə zamanı ölən və yaralananlar olsa da, onları dəqiq sayı barədə hələlik məlumat verilmir. Şahidlərin ifadəsinə əsasən, həlak olanların arasında yerli qəbilələrdən birinin başçısı da var. 

Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban" hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən hərəkat üzvləri böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31