Əhmədinejad Ruhanini hədəf seçdi: Nüvə razılaşması
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranla imzalanan nüvə razılaşmasının ölkənin xarici siyasətində ən böyük uğur hesab edilməsini tənqid edib. Bu barədə Əhmədinejad Təbrizə səfəri zamanı danışıb. Əhmədinejad İrana qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbulunda əsas günahkarın Ruhani olduğunu deyib:
8 İyun 2018 17:52 Dünyaİranın keçmiş prezidenti Mahmud Əhmədinejad İranla imzalanan nüvə razılaşmasının ölkənin xarici siyasətində ən böyük uğur hesab edilməsini tənqid edib.
Bu barədə Əhmədinejad Təbrizə səfəri zamanı danışıb. Əhmədinejad İrana qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qəbulunda əsas günahkarın Ruhani olduğunu deyib:
"Bütün qətnamələrin qəbulu üçün bəhanələr mənim prezident olmağımdan öncə baş vermişdi. Sanksiyaların qəbuluna əsas səbəblərdən biri də prezidentliyimdən öncə nüvə dosyesinə görə məsuliyyət daşıyan hazırkı prezidentin fəaliyyətləri oldu".
Əhmədinejad çıxışı zamanı Ali dini lider Əli Xameneini də tənqid edib:
"Bütün bəyanatlara rəğmən, sanksiyalar geri döndü. Biz demirik ki, bir nəfər günahkardır. Belə ki, bütün rəsmi şəxslərin hamısı bu qərara razılıq vermişdilər. Biz hələ də bilmirik ki, nüvə razılaşmalarında nə baş verib. Parlament üzvləri deyirlər ki, nüvə razılaşmasının tərkibi ilə tanış olmayıblar".
Qeyd edək ki, Ruhani 1989-2005-ci illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasına rəhbərlik edib. 2003-2005-ci illərdə məhz Ruhani Britaniya, Fransa və Almaniya ilə aparılan nüvə danışıqlarına rəhbərlik edib. Bu danışıqlar ABŞ-ın təzyiqləri ucbatından o zaman uğursuzluğa düçar oldu.
Bunda sonra hakimiyyətə Mahmud Əhmədinejad gəldi. Onun hakimiyyəti dönəmində BMT Təhlükəsizlik Şurası Tehrana qarşı ard-arda qətnamələr qəbul etdi. O zaman eks-prezident sanksiyaların təsirini azaltmaq üçün altı ay ona vaxt verilməsini təklif etsə də, ölkənin ali rəhbərliyi bu təklif qəbul etməkdən imtina etdi və Omanda ABŞ-la gizli danışıqlara başladı.
Axar.az