Putinlə Çin lideri arasında razılaşma – İran böhranı
8 İyun 2018 16:57 DünyaRusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının lideri Si Cinpin birgə bəyanat imzalayıblar.
Putinin Pekində Si Cinpinlə danışıqlarının yekunlarına əsasən, tərəflər beynəlxalq avtomobil haqqında saziş və investisiya əməkdaşlığının daha da möhkəmləndirilməsi haqqında memorandum imzalayıblar. Həmçinin atom energetikası və kosmosun öyrənilməsi sahəsində razılaşma əldə olunub.
Bundan başqa, Putin və Si Cinpin İranla bağlanmış nüvə sazişinin sadiq qaldıqlarını bildiriblər.
Qeyd edək ki, Putinin Çin səfəri iyunun 10-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31