Rusiya Suriyanı vurdu: 44 ölü

Rusiya aviasiyanın Suriyanın şimal-qərbində yerləşən Zardana yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 44 dinc sakin həlak olub. Bu barədə məlumatı “Röyter” agentliyi yayıb. Yaralıların sayının 60 nəfərə çatdığı bildirilib.

Rusiya aviasiyanın Suriyanın şimal-qərbində yerləşən Zardana yaşayış məntəqəsinə endirdiyi aviazərbə nəticəsində 44 dinc sakin həlak olub.

Bu barədə məlumatı "Röyter" agentliyi yayıb. Yaralıların sayının 60 nəfərə çatdığı bildirilib.

Ölənlərdən 11-i qadın, 6-sı isə uşaqdır.

Rusiya Müdafiə Nazirliyi Zardana yaşayış məntəqəsinə aviazərbə endirdiyi barədə yayılan xəbəri təkzib edib.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31