Şimali Koreyada 80 min siyasi məhbus var
8 İyun 2018 16:46 Dünyaİnsan hüquqları məsələsi Vaşinqtonla Pxenyan arasında 12 iyunda Sinqapurda keçiriləcək görüşdə müzakirə ediləcək ən vacib məsələlərdən olmalıdır.
Bunu BMT-nin Şimali Koreyada insan hüquqlarına dair xüsusi məruzəçisi Tomas Oxea Kintana deyib.
Kintana Pxenyandan qətiyyətlə tələb edib ki, nüvəsizləşdirmə üzrə Sinqapurda keçiriləcək ABŞ-Şimali Koreya sammitindən əvvəl siyasi məhbusları azd etsin. BMT nümayəndəsinin sözlərinə görə, hazırda Şimali Koreyada 80 min siyasi məhbus var.
Xüsusi məruzəçi ötən ay Şimali Koreyada saxlanılan 3 ABŞ vətəndaşının azad edilməsini alqışlayaraq, bunu Koreya yarımadasında sülhün əldə olunması istiqamətində önəmli addım adlandırıb. Lakin o, Şimali Koreya həbsxanalarında "çürüyən" on minlərlə siyasi məhbusun da sərbəst buraxılmalı olduğunu vurğulayıb.(azvision.az)