İdlibə hava hücumu — 28 ölü
Suriyada müxaliflərin nəzarəti altında olan İdlibə hava hücumu təşkil edilib.
8 İyun 2018 15:25 DünyaSuriyada müxaliflərin nəzarəti altında olan İdlibə hava hücumu təşkil edilib.
Suriya İnsan Haqları Monitorinqi Təşkilatından verilən məlumata əsasən, hücumları rus qırıcıları həyata keçirib. Hücum nəticəsində ən azı 38 nəfər həlak olub.
Monitorinq mərkəzindən bildiriblər ki, hücum mart ayından bu yana ən çox insan ölümünə səbəb olan hücumdur. Mərkəzin direktoru Rami Əbdülrəhman bildirib ki, yaralılardan 50 nəfərin vəziyyəti ağırdır. Bu səbəbdən ölülərin sayı artacaq.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31