Kaspşik Xankəndində gəldi: Separatçıların “bayrağı” altında... -
8 İyun 2018 15:24 DünyaATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, Kaspşik Xankəndində separatçı rejimin "prezidenti" Bako Saakyanla görüşüb.
Görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub. Görüşün separatçı rejimin "bayrağı" altında baş tutması diqqət çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31