Kraliça gəlini ilə olan fotosunu yığışdırıb

Böyük Britaniya kraliçası II Yelizavet şahzadə Harri və Meqan Markl ilə çəkdirdiyi birgə fotonu toydan bir həftə sonra otağından yığışdırıb.

Böyük Britaniya kraliçası II Yelizavet şahzadə Harri və Meqan Markl ilə çəkdirdiyi birgə fotonu toydan bir həftə sonra otağından yığışdırıb. 

Kraliça bu fotonu nəvəsi ilə çəkdirdiyi şəkillə əvəz edib. 

Jurnalistlər ilk dəfə mayın sonunda yeni evlənən cütlüyün şəklini qəbul otağında görüblər. Ancaq bir həftədən sonra şəkil yoxa çıxıb. Kraliça qəbul otağındakı fotoları özü seçir və vaxtaşırı onların yerini dəyişir. Bəzi şəkillərin isə yeri dəyişməzdir. 

Jurnalistlər hesab edir ki, bununla o, çoxsaylı qohumlarına münasibətini göstərir. 

Bu, Meqan Marklın Bukinqam sarayındakı ilk fotosu idi. 

Britaniyalılar kraliçanın Markla qarşı qərəzli münasibətlərinə bundan əvvəl də şahid olub. 

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31