Peruda 4 polis öldürülüb

Peruda terrorçuların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.

Peruda terrorçuların hücumu nəticəsində 4 polis əməkdaşı ölüb.

Hadisə ölkənin mərkəzində yerləşən Uankavelika bölgəsində qeydə alınıb. 

Partlayıcılarla silahlanmış naməlum şəxslər polis patrul xidmətinin avtomobilinə hücum ediblər. Onlara yardıma getmiş başqa patrul maşınına isə atəş açılıb. Hücum edənlər hadisə yerində elamiyyə saxlayıblar. Sənəddə bildirilib ki, onlar "Peru İnqilabi Partiyası" adından silahlı mübarizə aparırlar.

Ölkə prezidenti Martin Viskarra 4 polis əməkdaşının öldürüldüyünü təsdiqləyib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31