Əfqanıstan variantının Suriyaya tətbiq etmə cəhdi

Rusiya Qərbə. Birləşmiş Ştatlara qarşı həm siyasi, həm də iqtisadi sferada mübarizə aparır. İqtisadi sanksiyalarla Rusiyanı hazırkı vəziyyətdə çökdürməyin mümkünsüzlüyünü dərk edən Qərb, indi də siyasi baxımdan daha dəqiq desək Moskvanın ayrı-ayrı regionlardakı mövqelərini laxlatmaq, zəiflətməklə onun regional üstünlüyünə zərbə vurmağa çalışır.  Hər halda Orta Asiya və Yaxın Şərqdə, xüsusilə Suriyada baş verənlər belə deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Vaşinqtonun Orta Asiyanın iki respublikası, Qazaxıstan və Özbəkistana xüsusi maraq göstərməsi məhz bu regionda Rusiyanın mövqelərinin zəiflədilməsinə xidmət edirdi. Paralel olaraq eyni proses uzun müddədir ki. Suriyada davam edir. Lakin Moskvanın Suriyada Qərbə qarşı dirəniş göstərməsi və bu məsələdə Türkiyənin Rusiyanın yanında yer alması Qərbin Moskva ilə bağlı planlarının reallaşmasına mane olur. Bu arada isə Rusiya Suriya məsələsində Qərbə qarşı adekvat addımlar atmaq barədə düşünür. Türkiyənin onun yanında yer almasından ruhlanan Kreml paralel olaraq MDB ölkələrini də prosesə cəlb etmək və Suriyada birgə mübarizə aparmaq təşəbbüsündə bulunur. Moskvanın təklif etdiyi birgə mübarizənin isə Suriyada sülhün bərqərar olmasından sonra reallaşacağı bildirilir. Hər halda bu günlərdə Müstəqil Dövlətlər Birliyi müdafiə nazirləri şurasında irəli sürülən bu təşəbbüs belə deməyə əsas verir. Bəs görəsən, Rusiyanın bu təşəbbüsü nə dərəcədə məntiqlidir və MDB dövlətləri həmin planda yer alacaqlarmı? Xüsusilə, təşkilatın üzvü olan Azərbaycanın bu istiqamətdə addımı nə olacaq? Maraqlıdır ki. Kremldən gələn bu təşəbbüsə fərqli-fərqli münasibətlər sərgilənir.

Politoloq   Zaur Məmmədov deyir ki, yerli kütləvi informasiya vasitələrində Serrgey Şoyqunun Azərbaycanı Suriyada bərpa işlərinə qoşulmağa çağırması ilə bağlı fikirlərə yer ayrılıb: Birincisi, Suriyanin gələcək aqibəti bəlli deyil. Bəli, Rusiya İŞİD kimi terrorçu təşkilatı məhv elədi. Vladimir Putin olmasaydı Bəşər Əsəd Qəddafi və Səddamın aqibətini yaşayacaqdı. Lakin, Suriyanin şimali, şimal - şərqi amerikan - fransiz - ərəb koalisiyasının əlindədir. Aprel ayindan orada bu qrupun sayının çoxalması davam etməkdədir". Politoloq deyib ki, Suriya ilə Israil sərhəddində də vəziyyət Dəməşqin xeyrine deyil: "Yəni, qalibiyyətdən və sülhdən danışmaq hələ tezdir. Ikincisi, geostrateji cəhətdən Azərbaycanın Suriya məsələsinə qarışması düzgün deyil. Bəli, Əfqanıstana sülhməramlı qüvvələri apardıq. Amma Suriya Əfqanıstan deyil. Bunun ağır nəticələri ola biler. Üçüncüsü, Sergey Şoyqu bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının iclasında da üzvləri Suriyada bərpa işlərinə qoşulmağa çağırmışdı. Bu daha çox siyasi çağırışdır. 
Xatırladım ki, Suriyada bərpa işlərinə 500 milyard civarında maliyyə lazımdır. Aydın məsələdir ki, bu kifayət qədər ciddi məbləğdir və orada sabitlik olmadan heç kim bu işə girişməyəcək".

Cənubi Qafqazda Sülh və Tıhlükısizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə isə deyib ki, MDB müdafiə nazirləri şurasında çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu MDB ölkələrini Suriyada sülhyaratma missiyasında iştirak etmək üçün ordu göndərməsini dilə gətirib6 "Rusiya bunu bir müddət bundan əvvəl də bildirmişdi. Görünür, SSRİ-nin Əfqanistan ssenarisini Suriyada tətbiq etmək istəyir. O, vaxtı Rusiya müttəfiq respublikaların canlı qüvvəsindən müharibədə istifadə edirdi. Qeyd edim ki, bu toplantıda Azərbaycan müdafiə naziri Zakir Həsənov da iştirak edir. Rusiya çalışır ki, Suriya münaqişəsində MDB ölkələrini öz yanına alsın, ABŞ qarşı yeni format qursun. Amma, ABŞ-la ikitərəfli əlaqələrə malik olan MDB ölkələrinin Suriyada Putinin batan gəmisinə minməsi real görünmür. Çünki, Suriya münaqişəsi çox ciddi problemdi, burada beynəlxalq maraqlara malik olan ölkələrin müharibəsi gedir". Politoloqun sözlərinə görə, müdafiə naziri Sergey Şoyqunun bu təklifi ölkəmizə də şamildir: "Azərbaycan ABŞ-ın başçılığı ilə Kosova, Əfqanistan və İraqda sülhmərəmlı qüvvələri ilə təmsil olunub. Bu təmsilçilik ölkəmizin beynəlxalq konyukturada mövqeyinin möhkəmlənməsinə və ABŞ-la ikitərəfli beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığa səbəb olub. Hazırda ABŞ, bu gün dünya siyasi sistemini nizamlayır, ona qarşı Suriyada Rusiyanın yanında olmaq ölkəmizin xarici siyasətinin iflasına gətirib çıxara bilər. Vaşinqtonun ölkəmizə qarşı siyasəti kəskinləşə bilər. 
Rusiyanın Suriya münaqişəsinə MDB ölkələrini çəkmək istəyi, istək olaraq qalacaq. Onsuzda MDB parçalanır, və buradakı üzv ölkələr bu təşkilat çərçivəsində əməkdaşlıq etmir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31